AZ

10 ayda 183 milyon manatdan ƏDV qaytarılıb

2025-ci ilin yanvar - oktyabr ayları ərzində ölkə ərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 156 milyon 759,9 min manat olub.

FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, 2025-ci ilin 9 ayında xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 8 milyon 964,6 min manat təşkil edib.

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,2 mln. manatdan çoxu vətəndaşlara qaytarılıb

Azərbaycan ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı layihə uğurla davam etdirilir. 2025-ci ilin yanvar - oktyabr aylarında yaşayış və qeyri-yaşayış sahələrinin alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 26 milyon 269,1 min manat təşkil edib.

Seçilən
19
3
fed.az

10Mənbələr