AZ

Yasamal rayon ictimaiyyəti Zəfər Gününü qeyd edir

Yasamal Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində 8 noyabr Zəfər Gününə həsr edilmiş “Suverenliyimizin Zəfər təntənəsi” adlı bayram tədbiri keçirilib.

Azərbaycan Milli Konservatoriyasında baş tutan tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, dövlət rəsmiləri, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ali məktəb rektorları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə çıxış edərərk Zəfər Günü münasibətilə hər kəsi təbrik etdi.
Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin müasir Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi yaddaşlara həkk olunduğu bildirdi. Qeyd edilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Qarabağ azad edilib və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.Elşad Həsənov bildirib ki, bu qələbə şəhidlərimizin qanı, qazilərimizin cəsarəti sayəsində əldə olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 8 noyabr 2020-ci il tarixində Şuşanın ermənilərdən azad edilməsi münasibətilə xalqa müraciəti böyük tarixi bir hadisə olub.Uzun illər boyu bütün Azərbaycan xalqı belə bir çıxış gözləyir və arzular qururdu. Bu gün Azərbaycan bayrağı Şuşada, Xankəndində və digər azad edilmiş torpaqlarımızda dalğalanır.

Bildirilib ki, bu gün Qarabağda geniş miqyaslı quruculuq və bərpa işləri həyata keçirilir,milli-mədəni abidələrimiz bərpa edilir. Elşad Həsənov bu mənada Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini vurğuladı.

Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının birgə hazırladığı və Vətən Müharibəsinə həsr edilən filmə baxış keçirildi.Tədbir Azərbaycan Milli Konservatoriyasının tanınmış incəsənət ustalarının ifasında bayram konserti ilə davam etdirildi. İncəsənət xadimlərinin ifaları xüsusi rəng qataraq tədbir iştirakçılarına həssas anlar yaşatdı.

Seçilən
25
50
sabahinfo.az

10Mənbələr