AZ

Culfa rayonu ərazisində nadir heyvan növləri təbiətə buraxılıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Naxçıvan, 7 noyabr, AZƏRTAC

Naxçıvan-Culfa avtomobil yolunun 20-ci kilometrliyində, Culfa rayon ərazisində fauna növlərinin reintroduksiyası həyata keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir çərçivəsində təbiətə 9 ceyran, 10 kəklik, 10 bildirçin və 1 ağbaş kərkəs buraxılıb. Bu təşəbbüs nadir və nəsli kəsilmək təhlükəsi altında olan növlərin təbii areallarına qaytarılması, biomüxtəlifliyin qorunması və ekosistemin tarazlığının bərpası məqsədi daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
7
azertag.az

8Mənbələr