Culfada təbiətə nadir heyvanlar buraxılıb.
"Unikal" xəbər verir ki, Naxçıvan-Culfa avtomobil yolunun 20-ci kilometrliyində, Culfa rayon ərazisində fauna növlərinin reintroduksiyası həyata keçirilib.
Tədbir çərçivəsində təbiətə 9 ədəd ceyran, 1 ədəd ağbaş kərkəs, 10 ədəd kəklik və 10 ədəd turac buraxılıb. Bu təşəbbüs nadir və nəsli kəsilmək təhlükəsi altında olan növlərin təbii areallarına qaytarılması, biomüxtəlifliyin qorunması və ekosistemin tarazlığının bərpası məqsədi daşıyır.