AZ

Tramp nüvəsizləşdirmə ilə bağlı Rusiya və Çin liderləri ilə danışıb

Yazını böyüt
Yazını kiçilt

Bizim kifayət qədər nüvə silahımız var. Biz birinci, Rusiya ikinci, Çin üçüncüdür”.

Hafta.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ evdə Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, nüvəsizləşdirmənin çox yaxşı iş ola biləcəyini bildirib:

“Dünyanı 150 dəfə partlada bilərik. Buna ehtiyac yoxdur. Ona görə də həqiqətən düşünürəm ki, bizdə alınacaq. Mən bu barədə Prezident Putinlə və Çin sədri Si Çinpin ilə danışmışam. Hər kəs bütün bu pulu başqa şeylərə, insanlara, həqiqətən də, insanlara fayda verə biləcək şeylərə xərcləmək istəyər. Mən düşünürəm ki, nüvəsizləşdirmə baş tuta bilər. Mən sülh istəyirəm və biz bütün dünyada sülh arzulayırıq”.

Seçilən
22
3
hafta.az

4Mənbələr