AZ

"Google" özünün ən güclü süni intellekt çipini təqdim etdi

"Google" özünün ən güclü süni intellekt çipi olan "Ironwood"u təqdim edib.

Teleqraf xəbər verir ki, yeddinci nəsil "Tensor Processing Unit" (TPU) proqramı çərçivəsində hazırlanan həllin artıq tətbiqinə başlanılıb.

Şirkət daxilində işlənib hazırlanmış "Ironwood" böyük dil modellərini öyrətməkdən tutmuş, real vaxt rejimində "chatbotlar" və süni intellektlə bağlı digər tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulub.

Bu, istifadəçiyə ən yüksək məlumat intensivliyi ilə ən böyük mövcud modelləri işlətməyə və miqyaslandırmağa imkan verir.

"Google" gələcək süni intellekt infrastrukturunu qurmaq üçün "Microsoft", "Amazon" və "Meta" ilə güclü rəqabət aparır.

Şirkətin məlumatına görə, "Ironwood" əvvəlki axtarış sistemindən dörd dəfə sürətlidir.
Seçilən
33
3
sherg.az

4Mənbələr