AZ

Senat: Venesuela ilə bağlı güc tətbiqi qərarı Konqresin səlahiyyətində qalır

BAKI, 7 noyabr. TELEQRAF

ABŞ Konqresinin Senatı prezident Donald Tramp administrasiyasına Konqresin icazəsi olmadan Venesuelaya qarşı hərbi güc tətbiq etməməyi tələb edən qətnaməni rədd edib.

Teleqraf xəbər verir ki, bu barədə "C-SPAN" telekanalı məlumat yayıb.

Bildirilir ki, sənədi 49 senator dəstəkləyib, 51-i isə əleyhinə səs verib. Qətnamənin qəbul olunması üçün sadə səs çoxluğu tələb olunurdu.

Sənəddə vurğulanır ki, Tramp administrasiyası Konqresin icazəsi olmadan ABŞ qüvvələrinin “Venesuela ərazisində və ya bu ölkəyə qarşı hərbi əməliyyatlarda iştirakına” yol verməməlidir. Qətnamədə həmçinin qeyd olunur ki, müharibə elan etmək səlahiyyəti yalnız Konqresə məxsusdur.

Mətnə əsasən, Konqres bu günə qədər nə Venesuelaya, nə də bu ölkədəki hər hansı təşkilat və ya şəxsə qarşı müharibə elan etməyib və Venesuela ərazisində hərbi əməliyyatlara icazə verən qanun qəbul etməyib.

Seçilən
71
teleqraf.com

1Mənbələr