AZ

Konfrans Liqası: türk komandası rəqibini darmadağın etdi, liderliyə yüksəldi

ain.az, Mia.az portalına istinadən məlumat yayır.

Bu gün UEFA Konfrans Liqasında Türkiyənin "Samsunspor" komandası Maltanın "Hamrun Spartans" komandasını qəbul edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, türk komandası 3-cü tur oyununda rəqibini 3 cavabsız qolla məğlub edib  - 3-0.

Qolları 18-ci dəqiqədə Holse Emre Kılınç, 58-ci dəqiqədə yenə Emre Kılınç, 77-ci dəqiqədə isə Mouandilmadji vurublar.

Bu qələbə sayəsində türk klubu 9 xal toplayaraq, 36 komanda arasında liderliyə yüksəlib.

Zülfiyyə Mustafayeva

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
86
mia.az

1Mənbələr