ain.az, Gununsesi saytına istinadən bildirir.
“Fikrimcə, AzTV üçün bir çəkiliş helikopterin alınması hansısa qəzəblə qarşılanacaq təklif deyil. Dövlətin maliyyə imkanlarını təbii ki, nəzərə almaq şərti ilə. Hətta Az.Tv və İTV üçün ortaq bir çəkiliş helikopteri də düşünülə bilər”.
Gununsesi.info bildirir ki, bunu deputat Fazil Mustafa deyib.
Qeyd edək ki, mediada və sosial şəbəkələrdə 26 milyonluq pozuntunun aşkar olunduğu AzTV ilə bağlı yayılan xəbərlərdə sədr Rövşən Məmmədovun helikopter almaq istəyindən bəhs olunub.
Fazil Mustafa isə deyir ki, buna görə AzTv sədri Rövşən Məmmədovu qınaq obyektinə çeviriblər:” Bu şəxsi istifadə üçün nəzərdə tutulmur ki? Elə təbii fəlakət, fövqəladə durum, hansısa qlobal əhəmiyyətli tədbirin müasir texnologiya ilə çəkilişi məgər lazımsız işdir? Bir çox hallarda hadisə yerinə operativ çatmaq mümkün olmur. Meşə yanğını, sel fəlakəti kimi durumlarda Həm də təkcə helikopter yetərli deyil. Yığışıb “Qarabağ”a bir-iki peşəkar qolçu da almaq lazımdır. Dövlət başçısı Çempionlar liqasına çıxanda 5 milyon vəsait ayırdı. Ancaq hansısa ulduz futbolçunu almaq üçün daha böyük vəsaitə ehtiyac var. Gördünüzmü, bir futbol uğuru ölkənin adını nə qədər önə çəkir? Üstəlik uğur qazanılanda həm klubumuza pul gətirir, həm də cəmiyyətdə idmana, sağlamlığa uşaqların, gənclərin müsbət anlamda münasibətini dəyişir. Buraya da strateji məsələ kimi yanaşmalıyıq. Bütün bunlar vətəndaşların sosial durumunu yaxşılaşdırmağa, əlbəttə zərər vurmadan edilməlidir. Çünki hər şeydən öndə dövlətin təhlükəsizliyi və vətəndaşın rifahı gəlir”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.