AZ

ABŞ daha bir ölkənin “İbrahim Sazişi"nə qoşulduğunu ELAN EDƏCƏK

ABŞ Prezidenti Donald Trampın administrasiyası bu axşam daha bir ölkənin “İbrahim Sazişi"nə qoşulacağını elan edəcək.

Publika.az "Times of Israel"ə istinadla xəbər verir ki, bunu ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff bildirib.

“Bu axşam biz daha bir ölkənin “İbrahim Sazişi"nə qoşulmasını və İsraillə münasibətlərin normallaşdırılmasını elan edəcəyik,” - deyə Uitkoff Mayamidə keçirilən Amerika Biznes Forumunda səhnədə çıxışı zamanı söyləyib.

Uitkoff hansı ölkənin “İbrahim Sazişi"ə qoşulacağını açıqlamayıb. Bu razılaşmalar ilk dəfə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə onun birinci prezidentlik müddətinin sonunda – 2020-ci ildə əldə olunmuşdu və ərəb və müsəlman ölkələrinin İsraillə münasibətləri normallaşdırmasını nəzərdə tuturdu.

Bu ilin may ayında Uitkoff "Breitbart News"a verdiyi müsahibədə“İbrahim Sazişi"nin genişlənə biləcəyini istisna etməyib, gələcəkdə Ermənistan və Azərbaycanın da onlara qoşula biləcəyini qeyd etmişdi.

Seçilən
13
14
publika.az

10Mənbələr