AZ

I Liqa: Şəfa sonda sevindi, Səbail lə MOİK in duelində qalibi 1 qol bəlli etdi

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan I Liqasında VII tur start götürüb. 

Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün üç matç keçirilib. 

Turun mərkəzi oyununda "Şəfa" ilə "Mingəçevir" üz-üzə gəliblər. Məhsuldar keçən qarşılaşmada sevinən tərəf paytaxt klubu olub. Elgiz Kərəmlinin komandası səfər oyununda qələbə topunu son dəqiqələrdə vuraraq 3 xalı əldə edib.Liderin ən yaxın izləyicisi "Səbail" ilə MOİK-in duelinin taleyini isə 1 qol həll edib. "Dənizçilər"in ilk yarıda vurduğu qol matçda yeganə olub.

Daha bir iddialı "Baku Sportinq" "Cəbrayıl" ilə münasibətlərinə aydınlıq gətirib. Bakılılar bölgə təmsilçisi üzərində inamlı qələbə qazanıb.

Qeyd edək ki, turun iki oyunu ("Difai" - "Zaqatala" və "Şahdağ Qusar" - "Şimal") sabah keçiriləcək.  Azərbaycan I Liqası

VII tur

5 noyabr  

“Baku Sportinq” – “Cəbrayıl” 2:0

Qollar: C.Muxtarlı, 37. E.Valiev, 61.

“Mingəçevir” – “Şəfa” 2:3

Qollar: S.Məmmədov, 32. K.Kalunqa, 80 - P.Azadov, 35. T.Quliyev, 45+2-pen. A.Ebrahimzade, 90+1.

“Səbail” – MOİK 1:0

Qollar: T.Əlizadə, 31.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
2
fanat.az

3Mənbələr