AZ

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü JelkaTsviyanoviç Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrikməktubu ünvanlayıb.

Trend xəbərverir ki, məktubda qeyd olunub:

"Zati-aliləri, cənab Prezident.

Zəfər Günü münasibətilə Sizə və dost Azərbaycan xalqınatəbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf və qürurduyur, ölkənizin davamlı tərəqqisi və rifahı naminə ən səmimiarzularımı yetirirəm.

Bu əlamətdar gün Azərbaycan xalqı üçün böyük əhəmiyyət daşıyır,milli məqsədlərinizə çatmaq yolunda nümayiş etdirilən gücü,əzmkarlığı və birliyi bir daha yada salır.

Ölkənizin inkişafını və uğurlarını, eləcə də regionda sabitliyinvə rifahın qorunması naminə göstərdiyiniz səyləri xüsusi diqqətləizləyirik.

Əminəm ki, Serbska Respublikası, Bosniya və Herseqovina vəAzərbaycan xalqları arasında dostluq münasibətləri ortaqmənafeyimizə uyğun olaraq qarşılıqlı anlaşma və hörmət ruhundabundan sonra da inkişaf edəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahişedirəm. Sizə cansağlığı və uğurlar, Azərbaycan xalqına isə sülh vəfiravanlıq arzulayıram".

Seçilən
72
27
az.trend.az

10Mənbələr