AZ

ABL: “Sumqayıt” “Lənkəran”ı səfərdə məğlub etdi - ARENA.AZ

Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 6-cı turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Sumqayıt” səfərdə “Lənkəran”la qarşılaşıb. Lənkəran Olimpiya İdman Kompleksində baş tutmuş görüş Sumqayıt komandasının qələbəsi ilə başa çatıb – 98:94.

6-cı tura noyabrın 9-da yekun vurulacaq.

A qrupu: Sabah – 10. Abşeron Lions – 9. Şəki – 7. Neftçi – 6. Gəncə – 5. NTD – 5.

B qrupu: Ordu – 10. Naxçıvan – 9. Sumqayıt – 8. Lənkəran – 8. Quba – 7. Sərhədçi – 6.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
21
23
arena.az

10Mənbələr