AZ

Aparıcı efirdə dişini sındırdı

Ajans.az Daily Mail-ə stiandən xəbər verir ki, hadisə veriliş zamanı qonaq aşpaz tərəfindən hazırlanmış karamel alma yeyilərkən baş verib. Aşpaz desertin yumşaq olduğunu bildirib, lakin aparıcılara diqqətlə yeməyi tövsiyə edib. Deli almadan bir dişlədikdə dişi sındı və o, narahatlıqla dilini ön dişlərinin üzərində gəzdirməyə başladı. Bu anı görən həmkarı Ben Şephard ondan hər şeyin qaydasında olub-olmadığını soruşub, lakin Deli əvvəlcə susub. Bir müddət sonra o, “Dişim sındı!” – deyə qışqırıb. Hadisəni görən Şephard isə gülməkdən özünü saxlaya bilməyib. Deli daha sonra diş həkiminə getmək üçün vaxt tapmadığını bildirib.  

Seçilən
80
2
Ajans.az

2Mənbələr