AZ

Ayxan Abbasov sabahkı matçda üç futbolçunu oynada bilməyəcək

Misli Premyer Liqasının 11-ci turunda “İmişli”ni qəbul edəcək “Şamaxı”ının baş məşqçisi Ayxan Abbasovun neçə futbolçunun xidmətindən məhrum olduğu müəyyənləşib.

Bunu “aslanlar”ın sözçüsü Yusif Hüseynli deyib:

“Andrey Tirkaveanu zədə səbəbindən oynamayacaq. Abdullahi Şuaybu və Alfons Msanqa isə cəzalı olduqları üçün bu qarşılaşmanı kənardan izləyəcəklər”, - deyə fanat.az-a açıqlamasında deyib.

Qeyd edək ki, “Şamaxı” - “İmişli” qarşılaşması noyabrın 7-də keçiriləcək. Matçın start fiti 13:44-də səsləndiriləcək.

İdman.Biz

Seçilən
20
2
idman.biz

3Mənbələr