AZ

Mingəçevir Dövlət Universitetində Zəfər Günü coşğusu – Fotolar


2025-ci ilin 6 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiyavə Suverenlik İli” çərçivəsində Vətən müharibəsində əldə edilən zəfərin 5 illik yubileyi münasibətilə "Qarabağ Azərbaycandır - Zəfərin sədası" adlı ədəbi-bədii tədbir keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Universitetin akt zalında keçirilənMingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov, şəhid ailələrinin üzvləri, qazilər, şəhərin bir qrup rəhbər şəxsləri, eləcə də MDU-nun akademik-inzibati heyəti, tələbə və magistrantları iştirak etdilər.
Tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, dərin hörmət və ehtiramla anılıb. Daha sonra MDU-nun həyətində tələbələrin Zəfər Gününə həsr olunmuş rəsmlərindən ibarət sərgi iştirakçılar tərəfindən ziyarət olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Ardınca Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov xalqımızın qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən biri olan 8 Noyabr – Zəfər Gününün əhəmiyyətindən bəhs edib.O, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursunun, milli həmrəyliyin və müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi istiqamətində apardığı uzaqgörən siyasətin bu Zəfərin təməlini qoyduğunu vurğulayıb. Qeyd edib ki, Ulu Öndərin müdrik ideyaları və milli ordunun yaradılması sahəsində atdığı mühüm addımlar sonrakı illərdə ölkəmizin hərbi və siyasi qüdrətinin əsasını formalaşdırıb. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Böyük Qələbə, Ulu Öndər Heydər Əliyevin ideyalarının və müəyyən etdiyi inkişaf yolunun məntiqi nəticəsidir. Bu Qələbə Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və ordumuzun rəşadətinin təntənəsidir. Sonda cənab İlham İsmayılov şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısının Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın insanpərvər və mərhəmətli siyasətinin mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.
Sonra, MDU-nun rektoru Anar Eminov çıxış edərək Zəfər Gününün dövlətçilik tariximizdə əbədi qürur və şərəf günü kimi qeyd olunduğunu bildirib. Rektor vurğulayıb ki, Vətən müharibəsində canını fəda edən şəhidlərimizin qəhrəmanlığı, Azərbaycan Ordusunun igidliyi və xalqın sarsılmaz birliyi ölkəmizin ərazi bütövlüyünü təmin edən Zəfəri mümkün edib. O, həmçinin MDU ailəsinin şəhid məzunları və müharibə iştirakçısı əməkdaşları ilə daim qürur duyduğunu, onların xatirəsinin universitetdə əziz tutulduğunu qeyd edib.
Tədbirdə Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov, şəhid məzun Kənan Abdullayevin anası Azadə Abdullayeva və şəhid məzun Əzəmi Hüseynovun bacısı İlahə Hüseynova çıxış edərək, şəhidlərin müqəddəs adının xalqımızın yaddaşında daim yaşayacağını və onların fədakarlığının gənclər üçün əsl vətənpərvərlik nümunəsi olduğunu söyləyiblər.
Tədbirin davamında MDU-nun şəhid məzunları, müharibə iştirakçısı əməkdaş və tələbələrinə həsr olunan “Son dərs: Vətən!” kitabının təqdimatı olub. Kitabın müəllifləri MDU-nun müəllimləri Aygün Qədirova və Səadət Ağakişiyeva, tələbələr Əfqan Məmmədov və Banu Abdullayevadır. Kitabın nüsxələri cənab İlham İsmayılova, Nofəl Qasımova və şəhid ailələrinin üzvlərinə təqdim edilib.
Tədbirin bədii hissəsində tələbələr vətənpərvərlik ruhunda şeirlər səsləndirib, musiqi nömrələri və rəqs kompozisiyaları ilə çıxış ediblər.
Qeyd edək ki, “Konstitusiyavə Suverenlik İli” çərçivəsində MDU-da müxtəlif tədbirlər keçirilir.







Seçilən
11
2
yeniavaz.com

3Mənbələr