AZ

İsrail Misir ilə sərhəddə qapalı hərbi zona yaradır

İsrail müdafiə naziri İsrael Kats ordunun Misir sərhədinə yaxın ərazini qapalı hərbi zona elan etməsi barədə göstəriş verib. Qərarın məqsədi pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilən silah qaçaqmalçılığının qarşısını almaqdır, bu barədə İsrailin 13-cü televiziya kanalı məlumat yayıb.

Nazir həmçinin döyüş qaydalarının yenilənməsini və “qadağan olunmuş zonaya icazəsiz daxil olan hər kəsə zərbə endirilməsini” təklif edib.

Kats İsrailin Təhlükəsizlik Xidmətinin rəhbəri David Zini ilə razılığa gəlib ki, PUA ilə silah qaçaqmalçılığı terror təhdidi kimi qiymətləndirilsin. Nazir bildirib: “Qadağan olunmuş zonaya daxil olan istənilən şəxs zərbə ilə məhv ediləcək”.

Katsın fikrincə, dronlar vasitəsilə silah qaçaqmalçılığı Qəzza müharibəsinin bir hissəsidir və “bu, düşmənlərimizi silahlandırmaq məqsədi daşıyır, buna görə də bu prosesi dayandırmaq üçün bütün tədbirlər görülməlidir”.

Ötən ilin sonundan bəri İsrail ordusu Misirdən PUA ilə silah qaçaqmalçılığına dair bir neçə cəhdin qarşısını alıb. Həftənin əvvəlində CQAHAL sərhədi keçən dronu vuraraq növbəti belə cəhdi puça çıxardığını açıqlayıb.

Bir gün öncə İsrail Baş Qərargah rəisi Eyal Zamir ordudan bu təhlükəyə qarşı “bütün qüvvə və resursları cəmləşdirməyi” tapşırıb.

Avqustun sonunda “The Wall Street Journal” yazmışdı ki, Misir Qəzza zolağında təhlükəsizlik qüvvələri yaratmaq üçün 10 min nəfərlik fələstinli kontingenti hazırlamağa başlayıb.

Daha sonra “Axios” nəşri mənbələrə istinadən bildirmişdi ki, İsrailin baş naziri Benyamin Netanyahu Misiri Sinayla bağlı sülh sazişini pozmaqda ittiham edib və ABŞ administrasiyasından Qahirəyə təzyiq göstərərək hərbi potensialın artırılmasını dayandırmasını tələb edib.

Seçilən
34
banker.az

1Mənbələr