AZ

Məşhur şirkət nizamnamə kapitalını yenidən aşağı saldı

Yeniavaz saytına istinadən ain.az xəbər verir.

“Qarabağ Taxıl” MMC (VÖEN – 5000268351) nizamnamə kapitalını azaldır.

Yeniavaz.com-un əldə etdiyi rəsmi məlumata görə, şirkət nizamnamə kapitalını 3 milyon 919 min 945 manat azaldaraq 5 milyon 52 min 442 manat müəyyən edib.

Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini “Şabran şəhəri, Dəmir yolunun alt tərəfi” ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Qarabağ Taxıl” MMC bu ilin iyul ayında da nizamnamə kapitalını 6 milyon 371 min 963 manat azaldaraq 8 milyon 972 min 387 manat müəyyən etdiyini elan etmişdi.

Məlumat üçün bildirək ki, “Qarabağ Taxıl” MMC “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyətdir. MMC-nin qanuni təmsilçisi Vüqar Samir oğlu Baloğlanovdur. Vüqar Baloğlanov eyni zamanda “Səba” ASC-nin də qanuni təmsilçisidir.

Onu da qeyd edək ki, “Səba” ASC 1997-ci ildə dövlət qeydiyyatına alınmış “Dəvəçi Broyler” ASC-nin hüquqi varisidir. Əvvəllər “Səba” ASC-nin əsas səhmdarları Hidayət Quliyev (37,3%), Natiq Quliyev (37,3%) və “Azərbaycan İnvestisiya Şirkəti” ASC (25%) olub.

Ötən il Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli mətbuata verdiyi açıqlamada bildirib ki, “Səba” ASC-nin aktivlərini “Chicken Pro.” MMC satın alıb.

24 iyun 2024-cü il tarixində dövlət qeydiyyatına alınan “Chicken Pro.” MMC-nin (VÖEN – 1605507081) hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 189, bina 185 A, blok 2, m.11/2-dir. 32 milyon 607 min 982 manat nizamnamə kapitalı olan “Chicken Pro.” MMC-nin qanuni təmsilçisi Abid Müstəqim oğlu Əliyevdir.Elnur Əli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
2
yeniavaz.com

3Mənbələr