AZ

Deputatdan XƏBƏRDARLIQ – “10-15 ildən sonra bu problemlə üzləşə bilərik”

“İnkişafla bağlı dövlət proqramının yaradılmasına ehtiyac yaranacaq. Çünki inkişaf etmiş ölkələrdə uşaq doğumu azalır, yaşlı insanların sayı artır. Yaşlı insanların sayının artması ilə yanaşı büdcənin sosial yükü artır. Eyni zamanda, 10-15 ildən sonra bizdə əmək bazarında müəyyən problemlərin ola biləcəyi gözlənilir”.

Bizim.Media xəbər verir ki, bunu deputat Musa Quliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında gələn ilin büdcəsi ilə bağlı müzakirələr zamanı deyib.

“Biz gələcəkdə əmək bazarının daha da fəal olması üçün indidən inkişafla bağlı dövlət proqramı qəbul etməliyik ki, yaxın 10-15 ildən sonra çox ciddi insan potensialının, xüsusən, gənc nəslin sayının azalması ilə bağlı problemlə üzləşməyək” – deyə o qedy edib.

Günay Şahmar, Bizim.Media

Seçilən
61
bizim.media

1Mənbələr