AZ

Premyer Liqa: Derbilərə damğa vurmuş Qurban Qurbanov

Bu həftə futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün ilk Azərbaycan derbisi baş tutacaq.

Arena.az xəbər verir ki, Premyer Liqanın 2025/2026-cı illər mövsümünün 11-ci turu çərçivəsində “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

“Zəfər turu” çərçivəsində noyabrın 9-da “Azərsun Arena”da keçiriləcək bu qarşılaşmaya saat 18:44-də start veriləcək.

Derbidə ilk baş məşqçilər Əhməd Ələsgərov (“Neftçi”) və Nazim Mehrəliyev (“Qarabağ”) olub.

Derbilərdə 33 baş məşqçi olub.

“Neftçi” “Qarabağ”la matçlara 26 baş məşqçi ilə çıxıb.

“Qarabağ” “Neftçi” ilə oyunlara 11 baş məşqçi ilə çıxıb.

Dörd baş məşqçi derbidə hər iki komandaya rəhbərlik edib: Qurban Qurbanov, Elxan Abdullayev, Ağasəlim Mircavadov, Böyükağa Ağayev.

Qurban Qurbanov hamıdan çox – 67 derbidə baş məşqçi olub.

Qurban Qurbanov “Qarabağ”la hamıdan çox – 65 derbiyə çıxıb.

Kazbek Tuayev “Neftçi”ni hamıdan çox – 11 derbiyə çıxarıb.

İki baş məşqçi – Qurban Qurbanovla Ağasəlim Mircavadov hər iki komanda ilə derbi qələbəsi qazanıb.

Qurban Qurbanov derbilərdə hamıdan çox – 38 qələbəyə sevinib.

Qurban Qurbanov “Qarabağ”la hamıdan çox – 37 qələbə qazanıb.

Kazbek Tuayev və Böyükağa Hacıyev “Neftçi” ilə hamıdan çox – 4 qələbə qazanıb.

Derbidə ən çox rəqib olan baş məşqçilər Qurban Qurbanovla Arif Əsədov, həmçinin Qurban Qurbanovla Böyükağa Hacıyev arasında 10 duel baş tutub.

Qurban Qurbanovla Samir Abasovun qarşıdakı dueli də derbilərdə 10-cu olacaq. Bununla da rekord yenidən təkrarlanacaq.

Qurban Qurbanovla Samir Abasovun baş məşqçisi olduğu komandalar bütün klublar və turnirlər nəzərə alınmaqla 40 dəfə qarşılaşıb. Bu oyunların 34-ü çempionat, 6-sı kuboka təsadüf edib.

Qurban Qurbanovla Böyükağa Ağayev derbilərdə fərqli komandalarla üz-üzə gələn yeganə cütlükdür. 2006/2007 mövsümündə Qurbanov “Neftçi”də, Ağayev “Qarabağ”da olub. 2008/2009 mövsümündə isə Ağayev “Neftçi”də, Qurbanov “Qarabağ”da olub. İlk görüş 0:0 bitibsə, ikincidə Ağdam klubu qalib gəlib – 1:0.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
14
8
arena.az

10Mənbələr