AZ

Noyabrın 7-nə olan hava proqnozu açıqlandı

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 7-də ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.

Doğru.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulacaq, lakin əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə az çiskinli hava ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Paytaxtda havanın temperaturu gecə 9–13, gündüz 17–20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunu, nisbi rütubət 70–75 faiz təşkil edəcək.

Rayonlarda isə əsasən yağmursuz hava gözlənilir, bəzi ərazilərdə duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7–12, gündüz 18–23, dağlıq ərazilərdə isə gecə 0–5, gündüz 7–12 dərəcə isti olacaq.

DOĞRU.AZ

Seçilən
20
28
dogru.az

10Mənbələr