AZ

Əliməmməd Nuriyev: "Hazırda amnistiya ilə bağlı hazırlıq yoxdur"

Əliməmməd

"Hazırda ölkədə amnistiya ilə bağlı hazırlıq yoxdur".

Bunu "Report"a açıqlamasında "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

O, bu məsələ ilə bağlı müxtəliflər təkliflərin səsləndirildiyini vurğulayıb:

"Bu il konstitusiyanın 30-cu, Vətən müharibəsindəki zəfərimizin isə beşinci ildönümüdür. Amnistiyanın qəbul edilməsi Milli Məclisə aid mıəsələdir. Ümumiyyətlə, amnistiya haqqında qərar dörd-beş illik fasilələrlə qəbul olunur. Sonuncu amnistiya qərarı 2021-ci ildə qəbul edilib. Növbəti amnistiya qərarının qəbulu üçün zəruri şərtlər də var. Bununla belə, müvafiq qərarın nə vaxt qəbul ediləcəyi məlum deyil".

Fond rəhbəri indiyə qədər Ümummilli Lider Heydər Əliyev tərəfindən 33, Prezident İlham Əliyev tərəfindən isə 37 əfv sərəncamının imzalandığını, o sənədlərin 10 mindən çox məhkuma şamil edildiyini xatırladıb:

"Sonuncu əfv sərəncamı bu il imzalanıb. Hazırda Əfv Komissiyasının Katibliyi fasiləsiz işləyir, müvafiq məlumatlar toplanır".
Seçilən
33
3
reyting.az

4Mənbələr