AZ

Rusiya Böyük Britaniya təşkilatına ölkədə qadağa qoydu

BAKI, 6 noyabr. TELEQRAF

Rusiya Baş Prokurorluğu Böyük Britaniyada qeydiyyatdan keçmiş "Equal Rights Trust" adlı qeyri-hökumət təşkilatının fəaliyyətini ölkə ərazisində arzuolunmaz elan edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Qurumdan bildirilib ki, təşkilat xüsusi hərbi əməliyyatın başlanmasından sonra Ukraynanı açıq şəkildə dəstəkləyib və Rusiyaya qarşı informasiya kampaniyasında fəal iştirak edib.

"İnsan haqlarının müdafiəsi adı altında fəaliyyət göstərən təşkilat Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsi üçün sxem hazırlayıb. Həmin qurum Rusiyaya müxalif şəxslərə Şərqi Avropa ölkələrinin vətəndaşlığını almaqda köməklik göstərib və bunun müqabilində onlardan "Ukrayna xalqına dəstək" məqsədilə, əslində isə Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ianə vermələrini tələb edib. "Equal Rights Trust"ın fəaliyyəti Rusiyanın təhlükəsizliyinə təhdid yaratdığı üçün onun ölkə ərazisində fəaliyyətinə qadağa qoyulub",- Baş Prokurorluğun açıqlamasında qeyd olunub.

Qurumdan həmçinin bildirib ki, təşkilatın rəsmi saytında Rusiya rəhbərliyinin daxili və xarici siyasətini nüfuzdan salmağa yönəlmiş materiallar dərc olunur.

Seçilən
62
teleqraf.com

1Mənbələr