AZ

Palata: Dövlət proqramının heyvandarlıq üzrə hədəfləri reallaşmır

Heyvanların qeydiyyat sistemi nəticə vermir, proqram hədəfləri risk altındadır.

APA-Economics” bu barədə Hesablama Palatasının heyvandarlıq sahəsində dövlət dəstəyinin səmərəliliyinə dair apardığı auditin nəticələrində bildirilib.

Auditin nəticələrinə əsasən, iri və xırda buynuzlu heyvanların identikləşdirilməsi prosesində ciddi çatışmazlıqlar mövcuddur. Bu prosesin ayrı-ayrı təsərrüfatların öhdəsinə buraxılması inzibatçılığın nəticə əsaslı şəkildə həyata keçirilməməsinə səbəb olub.

Palata qeyd edir ki, heyvanların identikləşdirilməsi ilə bağlı strateji hədəflər, illik əməliyyat planları və daxili nəzarəti təmin edən monitorinq reqlamentləri mövcud deyil. “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” ilə müəyyən edilmiş məqsədlərə isə 2025-ci ilin sonunadək nail olunmayacağı ehtimal olunur.

Seçilən
35
2
apa.az

3Mənbələr