AZ

9 ayda Bakı-Tbilisi-Ceyhan kəməri ilə 19 milyon ton neft ixrac edilib

BAKI, 6 noyabr. TELEQRAF

Bu ilin ilk üç rübü ərzində Bakı-Tblisi-Ceyhan boru kəməri üzrə əməliyyat xərclərinə təxminən 97 milyon dollar, əsaslı xərclərə isə 50 milyon dollar vəsait xərclənib.

Teleqraf BP Azerbaijan-a istiandən xəbər verir ki, ilk üç rüb ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 19 milyon ton (təxminən 159 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 216 tankerə yüklənmiş və yola salınıb.

1768 km uzunluğunda olan BTC boru kəməri istismara verildiyi andan cari ilin sentyabr ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 613 milyon ton (4,6 milyard bareldən çox) xam neft nəql edilmiş və Ceyhanda 6078 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Seçilən
28
teleqraf.com

1Mənbələr