AZ

Mövlud Mirəliyev dünya çempionatında qızıl medal qazandı

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan millisi daha iki medal qazanıb.

Fanat.Az xəbər verir ki, M5 yaş kateqoriyasında Mövlud Mirəliyev (100 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.

O, finalda braziliyalı Joau Santuşu məğlub edərək üçüncü dəfə dünya çempionu titulunu əldə edib.

M6 yaş kateqoriyasında mübarizə aparan Azər Əsgərov (100 kq) isə bürünc mükafata yiyələnib. Təmsilçimiz üçüncü yer uğrunda görüşdə fransalı Tyerri Lefevrə qalib gəlib.

Hazırda hesabında 1 qızıl və 4 bürünc medal olan yığma 65 ölkə arasında komanda sıralamasında 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, daha əvvəl Qurban Məmmədli (M2, +100 kq), Vüqar Babayev (M3, 66 kq) və Zaur Bağırov (M4, +100 kq) mundialın bürünc medalını qazanıblar.

 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
6
fanat.az

10Mənbələr