AZ

Yaponiyada ordu ayılara görə səfərbər edildi

Yaponiya hökuməti ölümcül ayı hücumlarının qarşısını almaq üçün Akita prefekturasına hərbçilər göndərib.

Milli.Az xəbər verir ki, qoşunlar ayı tələləri quracaq, ovçulara kömək edəcək və təhlükəsizliyi təmin edəcəklər.

Bu il ölkədə 100-dən çox insan ayı hücumlarında yaralanıb, azı 12 nəfər həlak olub - bu, 2006-cı ildən bəri ən yüksək göstəricidir. Hücumların çoxu yaşayış məntəqələrində baş verir. Rəsmilər bildirirlər ki, əhalinin azalması və kəndlərin boşalması ayıların şəhərlərə yaxınlaşmasına səbəb olub.

Bildirilir ki, Yaponiya hərbçiləri Kazunodan sonra Odate və Kitaakita şəhərlərinə də göndəriləcək. Əməliyyatların ayın sonuna qədər davam edəcəyi planlaşdırılır.

Milli.Az

Seçilən
56
milli.az

1Mənbələr