AZ

İran xarici işlər naziri: Müharibədə İsrailin hava məkanını ələ keçirmişdik

BAKI, 6 noyabr. TELEQRAF

“İran 12 günlük müharibə zamanı İsrailin hava məkanına nəzarəti ələ keçirmişdi”.

Teleqraf xəbər verir ki, bu iddia ilə İran xarici işlər naziri Əbbas Əraqçi çıxış edib.

“12 günlük müharibədə gücümüz müdafiə və raket sənayesində idi və bu raketlər düşmənin səması və hava məkanını bizim nəzarətimizə vermişdi. Öz istehsalımız olan raketlər düşmənin müdafiə xətlərindən keçdi və dəqiq şəkildə hədəflərə dəydi. Raketlərimiz ilk dəfə real müharibədə tətbiq olundu, onların zəif və güclü tərəfləri müəyyən edildi və bu gün vəziyyətimiz əvvəlkindən daha yaxşıdır”, - o bildirib.

Seçilən
20
2
teleqraf.com

3Mənbələr