AZ

Naxçıvanda “Zəfər qaçışı”

8 Noyabr – Zəfər Günü münasibətilə Naxçıvan şəhərində “Zəfər qaçışı” adlı kütləvi idman tədbiri keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan qaçış yarışına yaşı 14-dən yuxarı 300-dən çox iştirakçı qatılıb.

İştirakçılar Naxçıvan Şəhər Mərkəzi Xəstəxanasının qarşısındakı start xəttindən müəyyən edilmiş marşrut üzrə Zəfər parkının ətrafındakı finiş xəttinədək olan 5500 metrlik məsafəni qət ediblər. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mükafatçılar kişilər və qadınlar arasında peşəkar, həvəskar idmançı kateqoriyalarında müəyyənləşib. Finiş xəttinə ən tez çatan idmançı 44 nömrəli rəmzi sıra nömrəsi ilə Əmrah Nağıyev olub.

Kişilər və qadınlar arasında ilk üç yerin sahibi olan iştirakçılar diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar. Həmçinin nominasiya qalibləri və fəal iştirakçılar da təltif olunublar.

Nəticələrə əsasən, peşəkar kateqoriyası üzrə kişilər arasında Əmrah Nağıyev, qadınlar arasında isə Aysel Hüseynova birinci yerə sahib çıxıblar. Namiq Babayev və Aylin Bədəlli ikinci, Emin Abbasovla Fatimə Məmmədəliyeva isə üçüncü olublar.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
9
5
xalqqazeti.az

6Mənbələr