BAKI, 6 noyabr. TELEQRAF
Ermənistan hökuməti bu gün keçirilən iclasda müdafiə ehtiyacları üçün əlavə 4 milyard 371 milyon dram (təxminən 11 milyon dollar) ayrılması barədə qərar qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
İzahatda qeyd olunub ki, bu məbləğ sərhədlərin təhlükəsizliyi və toxunulmazlığının təmin edilməsinə yönəldiləcək.
Xatırladaq ki, Ermənistanın büdcəsində müdafiə xərcləri 2024-cü illə müqayisədə 2025-ci ildə 115 milyard dram və ya təxminən 300 milyon dollar artaraq 660 milyard dram (1 milyard 717 milyon dollar) təşkil edib. 2026-cı ildə 100 milyard dram azalaraq 560 milyarda (1,455 milyard dollar) düşməsi planlaşdırılır.