Rusiya buğdasını daşıyan 132 vaqon 2026-cı ilin yanvar ayının sonuna kimi Azərbaycan və Gürcüstandan keçməklə dəmir yolu ilə Ermənistana çatdırılacaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi öz "Telegram" kanalında məlumat yayıb.
İlk yük – 1000 tondan çox taxıl – Ulyanovsk vilayətindəki Dimitrovqrad stansiyasından yola salınıb. Daşınmanı "Rusiya Dəmir Yolları" təşkil edib. 15 taxıldaşıyıcı vaqondan ibarət qatar Azərbaycan ərazisindən keçərək Gürcüstan-Ermənistan sərhədini keçib, Cənubi Qafqaz Dəmiryolunun Dalarik stansiyasına yollanır. Dominos pizza
Nazirlik qeyd edib ki, yeni logistik marşrut Azərbaycan üzərindən Ermənistana yük tranzitinin bərpasından sonra mümkün olub. Bu, 1990-cı illərdən bəri ilk belə göndərişdir. Buğda ilə yanaşı, digər kateqoriyalı yüklərin daşınması da nəzərdə tutulur.
Telegram kanalımız