AZ

Tramp çıxılmaz durumda: nə edəcəyini bilmir

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı mümkün hərbi əməliyyatlar barədə tərəddüd edir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” ABŞ rəsmilərinə istinadən yazıb.

“ABŞ administrasiyasının Venesuela ilə bağlı strategiyası regionda hərbi qüvvələrin artmasına və Trampın açıq hücum təhdidlərinə baxmayaraq, sual altındadır. Mənbələrimiz deyir ki, Venesuela rəhbərliyi ilə bağlı ən fundamental məsələlər belə hələ də həll olunmayıb.

Tramp Venesuelaya qarşı mümkün hərbi əməliyyatlar barədə köməkçiləri ilə məsləhətləşmələri davam etdirir. O, hazırda regionda ABŞ qüvvələrini yavaş-yavaş artırmağa çalışır, Karib dənizi və Sakit okeanda narkotik qaçaqmalçılığında şübhəli bilinən gəmiləri hədəf almağa davam edir”, – deyə nəşrdə qeyd olunub.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
56
globalinfo.az

1Mənbələr