5 noyabr 2025-ci il tarixində Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub.
Aksiyada Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli və aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayonun idarə, müəssisə, təşkilatlarının, şəhər, qəsəbə və kənd icra nümayəndəliklərinin rəhbərləri və əməkdaşları iştirak ediblər.
Ordubad-Naxçıvan magistralının Əylis kəndi ərazisində təşkil olunmuş ağacəkmə aksiyası çərçivəsində ətraf mühitin mühafizəsi və yaşıllıq sahələrinin artırılması məqsədilə 220 ədəd meyvə tingi əkilib və aqrotexniki qulluq göstərilib.
Bu təşəbbüs Zəfər Gününün tarixi qələbə ruhunu yaşatmaqla yanaşı, təbiətin qorunmasına yönəlmiş dəyərli addımlardan biridir.











