AZ

Baş Prokurorluq üçün idxal olunan silah və texnika gömrük rüsumundan azad edilir

Gömrük rüsumlarından azad edilən malların sayı artırılır.

APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Baş Prokurorluğun verdiyi təsdiqedici sənəd əsasında müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan bütün növ texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah sursatın idxalı gömrük rüsumundan azad ediləcək.

Seçilən
55
5
apa.az

6Mənbələr