AZ

Polisə salam verib hörmətlə müraciət etmək mədəniyyətdir VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərlə yol polisi arasında olan münasibətlərin düzgün tərzdə qurulmasının vacibliyindən danışıb.

Avtosfer.az xəbər verir ki, “AvtoFM”-də çıxışı zamanı o bildirib ki, bəzi sürücülər yol polisi tərəfindən saxlanılarkən aqressiv davranır və bu, ümumi mədəniyyət baxımından yolverilməzdir:

“Maşını saxlayanda birinci salam vermək əvəzinə, “nəyə görə saxlamısan?” deyirlər. Ümumiyyətlə, bu, düzgün yanaşma deyil. Sürücülər çox vaxt polisə yalnız cərimə yazan şəxs kimi baxırlar. Cərimə yazılan kimi aqressivləşirlər. Bu, təhlükəli psixoloji vəziyyətdir.”

Aqil Rəhimov qeyd edib ki, bəzi sürücülər cərimə yazıldıqdan sonra onu sanki “kompensasiya etmək” istəyirlər:

“Məsələn, 100 manatlıq cərimə alır, amma öz-özünə düşünür ki, 10 dəfə qaydanı pozum, biri 10 manata düşsün. Amma bu düşüncə tərzi çox təhlükəlidir, çünki həmin sürücü 7-ci və ya 9-cu dəfə qaydanı pozarkən qəza törədə bilər”.

Məşqçi hesab edir ki, yol polisinə qarşı aqressiya bir çox hallarda qəzalara gətirib çıxarır:

“Sürücü elə davranmalıdır ki, illərlə onu saxlamasınlar. Amma əgər saxlayırlarsa, ilk növbədə salam verib hörmətlə müraciət etmək lazımdır. Bu, yaltaqlıq deyil, mədəni ünsiyyətdir. Unutmaq olmaz ki, polis də insandır, onun da emosiyaları var”.

Aqil Rəhimov əlavə edib ki, hər bir cərimə sürücüyə verilən bir xəbərdarlıq, siqnal kimi qəbul olunmalıdır:

“Əgər sənə haqlı cərimə yazılıbsa, aqressivlik göstərmə. Onu belə başa düş ki, bu sənin üçün bir xəbərdarlıqdır. Sən bu qaydanı pozma, yoxsa növbəti dəfə qəza baş verə bilər. Belə düşünəndə, sürücü həm səhvini anlayır, həm də onu təkrarlamır”.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
68
avtosfer.az

1Mənbələr