AZ

Bakı Dövlət Universitetinə “QS 5 Stars” mükafatı təqdim edilib


2025-ci il 6 noyabr tarixində Koreya Respublikasının paytaxtı Seul şəhərində keçirilən “QS Higher Ed Summit: Asia Pacific 2025” tədbiri çərçivəsində Bakı Dövlət Universitetinə “QS 5 Stars” mükafatı təqdim edilib. Baki-xəbər.com xəbər verir ki, bu nüfuzlu beynəlxalq qiymətləndirmə sistemi ali təhsil müəssisələrinin fəaliyyətini çoxsaylı meyarlar üzrə - tədrisin keyfiyyəti, məzunların məşğulluq imkanları, beynəlmiləlləşdirmə, tədqiqat və akademik inkişaf, eləcə də infrastruktur və sosial məsuliyyət sahələrində qiymətləndirir.
“QS 5 Stars” qiymətləndirilməsi Universitetin demək olar ki, bütün əsas sahələrdə yüksək səviyyədə fəaliyyət göstərdiyini göstərir. Belə ki, bu qiymətləndirmə yüksək səviyyəli tədris, qabaqcıl elmi tədqiqatlar, güclü beynəlxalq əməkdaşlıq, müasir tədris infrastrukturu və tələbə yönümlü yanaşmanın mövcudluğunu təsdiq edir.

Günel CƏLİLOVA

Seçilən
21
9
baki-xeber.com

10Mənbələr