AZ

Ağdərədə yük maşını aşdı, sürücü xəsarət aldı

Ağdərədə yük avtomobili qəza törədib.
 
Moderator.az xəbər verir ki, hadisə rayonun Canyataq kəndi ərazisində qeydə alınıb.
 
Belə ki, "HOWO" markalı yük maşınının aşması nəticəsində sürücü, 1976-cı il təvəllüdlü Tağıyev Elşən Zirəddin oğlu oğlu ağır xəsarət alıb.
 
Yaralı Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Seçilən
25
8
moderator.az

10Mənbələr