AZ

Qazaxıstan taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola salınır - FOTO - YENİLƏNİB

Prezident İlham Əliyevin oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etdiyi kimi, Azərbaycan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətləri aradan qaldırıb.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

Onun sözlərinə görə, artıq Azərbaycandan tranzit keçməklə yüklər Ermənistana göndərilir.

"Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə 1048 ton 800 kq taxıl yüklü 15 vaqon ötən gün Böyük Kəsik stansiyasından Ermənistana göndərildi. Yüklər Gürcüstana, oradan isə Ermənistana daşınır", - Bəxtiyar Hacıyev qeyd edib.

Onun sözlərinə görə, həmçinin Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb. Qazaxıstandan göndərilən min tona yaxın taxıl yüklü 15 vaqon noyabrın 5-də Azərbaycana daxil olub. Qatar artıq Biləcəri stansiyasındadır. Biləcəri–Hacıqabul–Böyük Kəsik marşrutu ilə hərəkətini davam etdirəcək və yüklər Böyük Kəsik stansiyasından yola salınacaq.

"Həm Rusiya, həm də Qazaxıstandan Azərbaycan vasitəsilə Ermənistana yüklərin növbəti partiyalarının göndərilməsi gözlənilir", - Bəxtiyar Hacıyev vurğulayıb.

***

10.13

Ermənistan üçün Qazaxıstan taxılı ilə yüklənmiş qatar Azərbaycandan Gürcüstana yola salınır.

"APA-Economics" xəbər verir ki, Gürcüstana yola salınan qatar daha sonra Ermənistana gedəcək.

Noyabrın 6-da Qazaxıstandan Azərbaycan və Gürcüstandan tranzit keçməklə 15 ədəd vaqon rəsmiləşdirilərək Biləcəri stansiyasından Ermənistana yola salınır.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.

Qazaxıstan Qazaxıstan Qazaxıstan Qazaxıstan Qazaxıstan Qazaxıstan Qazaxıstan Qazaxıstan Qazaxıstan Qazaxıstan Qazaxıstan
Seçilən
36
1
apa.az

10Mənbələr