AZ

Alen Mink: Makronun bu səhvini bağışlamaq olmaz

BAKI, 6 noyabr. TELEQRAF

“Emmanuel Makron son yarım əsrdə Fransanın ən zəif və ən pis prezidentidir”.

Teleqraf xəbər verir ki, bunu Fransanın sabiq prezidenti Nikola Sarkozinin keçmiş iqtisadi müşaviri Alen Mink deyib.

“Makron ölkəni idarə etməyə başladığı dövrlə müqayisədə çox daha pis vəziyyətdə qoyur. O, Fransada bəlkə də uzun müddət sabitlik tapmayan bir siyasi mənzərə miras qoyacaq. Bu, bağışlanmazdır”, - siyasətçi bildirib.

Minkin sözlərinə görə, Makronun narsisizmi onu elə qərarlar qəbul etməyə vadar edib ki, bu, Fransa institutlarını təhlükə altına salıb və 2027-ci il seçkiləri ərəfəsində sağçı ideyaların güclənməsinə səbəb olub.

Keçmiş müşavirin fikrincə, Fransa prezidenti özünü hər problemi həll edə biləcək qədər ağıllı və hiyləgər hesab edir, amma əslində problemin bir hissəsi elə onun özüdür. Mink vurğulayıb ki, ölkədəki siyasi böhranın həlli üçün Makron istefa verməlidir.

Seçilən
48
teleqraf.com

1Mənbələr