Ağdərədə yük avtomobili qəza törədib.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Canyataq kəndi ərazisində qeydə alınıb.
Belə ki, HOVO markalı yük maşınının aşması nəticəsində sürücü, 1976-cı il təvəllüdlü Elşən Zirəddin oğlu Tağıyev ağır xəsarət alıb.
Yaralı Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır