AZ

“Ripple” $40 milyard dəyərləndirmə ilə $500 milyon investisiya cəlb edib

XRP tokenini buraxan “Ripple” şirkəti “Fortress”, “Citadel”, “Pantera Capital” və “Galaxy Digital” kimi institusional investorlar qrupundan 500 milyon dollar həcmində vəsait cəlb etdiyini açıqlayıb. Bu investisiyalar şirkətin 40 milyard dollar dəyərində qiymətləndirilməsi əsasında pay qarşılığında yatırılıb.

“Ripple” nümayəndələrinin sözlərinə görə, investisiyanın məqsədi tərəfdaşlarla əlaqələri gücləndirmək və şirkətin qlobal mövcudluğunu genişləndirməkdir. Son iki il ərzində şirkət altı birləşmə və satınalma əməliyyatı həyata keçirib. Yeni istiqamətlər arasında steyblkoin infrastrukturu, aktivlərin saxlanması (custody) xidmətləri və korporativ likvidliyin idarə olunması da yer alır.

Şirkətin məlumatına görə, “Ripple Payments” vasitəsilə həyata keçirilən ümumi ödəniş həcmi 95 milyard dolları ötüb. “Ripple” tərəfindən buraxılan RLUSD adlı steyblkoinin bazar kapitallaşması yaxınlarda 1 milyard dolları keçib və artıq şirkətin məhsullarında hesablaşma və təminat vasitəsi kimi istifadə olunur.

XRP hal-hazırda “CoinMarketCap” reytinqində 4-cü yeri tutur və bazar kapitallaşmasına görə yalnız “Bitcoin”, “Ethereum” və USDT steyblkoinlərindən geri qalır. Xəbərin elanından sonra tokenin qiymətində dəyişiklik qeydə alınmayıb.

Seçilən
40
banker.az

1Mənbələr