AZ

Tramp: “G20 sammitinə getməyəcəyəm”

AzVision.az xəbər verir ki, Amerika lideri Florida ştatının Mayami şəhərində keçirilən biznes-forumda belə deyib.

“Mən Cənubi Afrikada keçiriləcək G20 toplantısına getməyəcəyəm. Cənubi Afrikaya heç bir qrupda yer yoxdur, çünki orada yaxşı heç nə baş vermir. Mən getmirəm. Mən ona (yəqin ki, CAR-ın prezidenti Siril Ramafosa – red.) getməyəcəyimi dedim. Orada ölkəmizi təmsil etməyəcəyəm”,- Donald Tramp bildirib.

Onun iddiasına görə, Mayami nəsillər boyu Cənubi Afrikada kommunist zülmündən qaçanlar üçün sığınacaq olub.

- Uzun illərdir xəbərdarlıq etdiyim kimi, bizim rəqiblərimiz Amerikanı kommunist Kubaya və ya sosialist Venesuelaya çevirmək niyyətindədirlər”,- Ağ Evin rəhbəri vurğulayıb.

ABŞ növbəti G20 sammitinə qatılmayacaq
Xatırladaq ki, Donlad Tramp sentyabrın əvvəlində 22-23 noyabrda CAR-da keçirilməsi planlaşdırılan G20 sammitini buraxacağını açıqlamışdı. Amerika lideri sammitdə ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vensin rəhbərlik edəcəyini dəqiqləşdirmişdi.

May ayında Vaşinqtonda üzbəüz görüş zamanı isə, CAR-ın ağdərili əhalisinin hüquqlarının qorunması barədə Ramafosa ilə mübahisə edən Tramp bu məsələnin həllinin zəruri olduğunu vurğulayıb. O, əks halda, CAR-ın sonunun çatacağını bildirib.

Yeri gəlmişkən, həmin görüşdə Amerika lideri Ukrayna prezidentiVolodimir Zelenskinin CAR-a səfərinidə özünəməxsus qaydada şərh edib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
49
azvision.az

1Mənbələr