AZ

Bəhlul "Çelsi" ilə oyundan danışdı: “Qalib gələ bilərdik, amma...”

“Bu cür rəqibə qarşı çox yaxşı mübarizə apardıq. Hətta qalib gələ bilərdik. Düşünürəm ki, matçın ədalətli nəticəsi heç-heçə idi”.

Publika.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Çelsi” ilə oyundan (2:2) sonra deyib.

28 yaşlı müdafiəçi qələbəyə bərabər heç-heçəni belə şərh edib: “Komanda şəklində göstərdiyimiz oyundan razıyıq. Amma daha da artırmalıyıq ki, xallarımızın sayını çoxaldaq”.

O, “Qələbə üçün nə çatmadı” sualına da cavab verib: “Rəqibin gücü bəlli idi. Bəlkə də daha müdafiəyəmeyilli oynasaydıq, hesabı qoruya bilərdik. Amma buna baxmayaraq, biz öndə olduğumuz anlarda belə hücum edirdik, 3-cü qolu vurmağa çalışırdıq. Məqsədimiz yaxşı oyun göstərmək və qələbə qazanmaq idi”.

Mustafazadə görüşün karyerasının ən çətin matçı olub-olmaması haqda sualı bu cür cavablandırıb: “Xeyr. Ümumi götürsək, “Çelsi”yə qarşı bərabər səviyyədə oyun nümayiş etdirə bildik. Ona görə də bu matça “ən çətin” deməzdim”.

Seçilən
19
2
publika.az

3Mənbələr