Ağdərədə yük maşını aşıb.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Canyataq kəndi ərazisində qeydə alınıb. Belə ki, "HOWO" markalı yük maşının aşması nəticəsində sürücü, 1976-cı il təvəllüdlü Tağıyev Elşən Zirəddin oğlu ağır xəsarət alıb.
Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır