AZ

İşindən ayrılan baş məşqçinin kluba böyük miqdarda borcu yarandı

Bir ay öncə «Şəki»dən istefa verən Bəhmən Həsənovun keçmiş klubuna borcu yaranıb.

II Liqada uğursuz starta görə vəzifəsini itirən baş məşqçi əyalət təmsilçisinə ödəmə etməlidir.

Çünki o, burada işə başladığı müddətdə rəhbərlikdən bir neçə ayın maaşını bəribaşdan alıb. Büdcədən 15 min manat götürən çalışdırıcı təqribən 9000 manatı geri qaytarmalıdır.

Həsənov yönətimlə arasında yaranan fikir ayrılığının nəticəsində görəvini tərk edib. Onu göndərməyiblər, özü gedib.

Görüb ki, qalsa, yaxşılığa doğru dəyişən nəsə olmayacaq. Fubolçularla yola getməməsi ondan şikayətləri pikə çatdırıb.

Komanda üzvlərinin artın narazılığını görən idarəçilər mütəxəssisə irad tutub, o isə bu mövqeylə razılaşmayıb.

SPORTİNFO.AZ

Seçilən
35
sportinfo.az

1Mənbələr