AZ

Oksford alimləri: Süni intellektin imkanları şişirdilir

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Oksford İnternet İnstitutunun yeni araşdırması süni intellektin (Si) imkanlarını ölçmək üçün istifadə edilən bir çox testlərin elmi baxımdan etibarlı olmadığını ortaya qoyub.

Bakıvaxtı.az bildirir ki, alimlərin 445 fərqli test və metod üzərində apardığı tədqiqat göstərib ki, bu sınaqların əksəriyyəti real bacarıqları deyil, daha çox təkrarlanan məlumat və üsulları ölçür.

Baş elmi işçi Adam Mehdi bildirib ki, bəzən süni intellektin düzgün cavab verməsi onun həqiqətən anlayışa sahib olduğu anlamına gəlmir.

Tədqiqatçılar etibarlı nəticələr üçün testlərin əhatə dairəsinin aydınlaşdırılmasını və statistik müqayisə üsullarının tətbiqini təklif ediblər.

Mütəxəssislər bu istiqamətdə yeni, real dünya tapşırıqlarına əsaslanan testlərin hazırlanmağa başladığını da qeyd ediblər.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
bakivaxti.az

1Mənbələr