AZ

10 pasiyenti öldürən tibb işçisi həbs edildi

Yazını böyüt
Yazını kiçilt

Almaniyanın Aahen şəhər məhkəməsi 10 pasiyenti qətlə yetirdiyinə, daha 27 nəfəri öldürməyə cəhd etdiyinə görə 44 yaşlı tibb işçisini ömürlük azadlıqdan məhrum edib.

Hafta.az xəbər verir ki, bu barədə məlumatı DPA agentliyi yayıb.

İttiham aktına əsasən, o, bu cinayətləri 2023-2024-cü illərdə Vürtselen şəhərindəki xəstəxananın palliativ şöbəsində işləyərkən törədib. Məlumata görə, tibb işçisi gecə növbələrini sakit keçirmək üçün pasiyentlərə ölümcül dozada dərman yeridirmiş.

Cinayətkar 2024-cü ilin iyul ayında saxlanılıb. İlkin mərhələdə o, 11 qətlə cəhddə şübhəli bilinib. Lakin istintaq davam etdikcə yeni faktlar üzə çıxıb. Fevral ayına qədər prokurorluq onu 5 qətldə və 25 qətlə cəhddə ittiham edib, araşdırma müddətində isə daha çox hadisə qeydə alınıb.

Məhkəmədə günahını etiraf edən şəxs ifadəsində deyib:

"Növbədə olduğum vaxt pasiyentlərin iniltiləri mənə mane olurdu".

Seçilən
56
hafta.az

1Mənbələr