AZ

Çempionlar Liqası: “Qarabağ” Bakıda “Çelsi” ilə heç-heçə edib - YENİLƏNİB 5

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin IV turunda Bakıda “Çelsi”ni qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

Matçda hesabı qonaqlar açıblar. 16-cı dəqiqədə Estevao yaxın küncü dəqiq nişan alıb. Buraxılan qoldan sonra hücuma çıxan Ağdam klubu 29-cu dəqiqədə hesabı bərabərləşdirib. Leandro Andrade topu tora qovuşdurub. “Qarabağ” 39-cu dəqiqədə ikinci topu rəqibin qapısından keçirib. Təyin olunan penalti zərbəsini Marko Yankoviç dəqiq yerinə yetirib. İlk hissə bu hesabla başa çatıb. İkinci hissə də qarşılıqlı hücumlar şəraitində keçib. Fasilədən sonra meydana daxil olan Alexandro Qarnaço 53-cü dəqiqədə hesabı bərabərləşdirib. Bu, eyni zamanda, matçda vurulmuş sonuncu qol olub.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran “Qarabağ” 12-ci pilləyə yüksəlib. Eyni xala malik “Çelsi” isə 10-cu sırada qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində 5-ci oyununu noyabrın 26-da İtaliyada “Napoli”yə qarşı keçirəcək.

23:02

Bakı, 5 noyabr, AZƏRTAC

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda dördüncü qol vurulub.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 53-cü dəqiqəsində rəqibin heyətində Alexandro Qarnaço diqqət mərkəzinə düşüb – 2:2.

Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edir.

22:26

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda üçüncü qol vurulub.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 39-cu dəqiqəsində komandamızın heyətində Marko Yankoviç penaltidən rəqibi cəzalandırıb.

Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edir.

22:20

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda ikinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 29-cu dəqiqəsində komandamızın heyətində Leandro Andrade rəqibi cəzalandırıb.

Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edir.

22:06

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 16-cı dəqiqəsində rəqibin heyətində Estevao fərqlənib.

Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edir.

21:45

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyun başlayıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş saat 21:45-də start götürüb.

Matçı Avstriyadan olan hakimlər briqadası idarə edir.

Seçilən
53
1
yeniazerbaycan.com

10Mənbələr