AZ

Flik “Barselona”dan ayrılacağı barədə fikirlərə sərt reaksiya verib

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı mediada yayılan şayiələrə cavab verib.

İdman.Biz xəbər verir ki, jurnalist Alfredo Martinezin sözlərinə görə, məşqçi bu məlumatı qəti şəkildə təkzib edib.

Flikin yorğun olduğu və yayda klubdan ayrılmaq niyyətində olduğu barədə xəbərləri ona çatdırqıqda, məşqçi qısa cavab verib: “Tamaimilə cəfəngiyyatdır”. Məşqçi klubdan ayrılmaq planının olmadığını vurğulayıb.

Almaniyalı mütəxəssisin “Barselona” ilə müqaviləsi 2027-ci ilə qədərdir.

Kataloniya komandası La Liqada 25 xalla “Real Madrid”dən beş xal geridə ikinci yerdədir.

İdman.Biz

Seçilən
104
1
idman.biz

2Mənbələr