AZ

"Deyəsən, sümüklərindən biri qırılıb" – Qurban Qurbanov

“Qarabağ” Çempionlar Liqasının liqa mərhələsinin 4-cü matçından 1 xalla ayrıldı - 2:2. “Football-plus.az” xəbər verir ki, “Çelsi” ilə oyundan sonra Qurban Qurbanov media önünə çıxıb.
- Azarkeşləri təbrik edirəm. Bizi qarşıda Zəfər bayramı gözləyir. Mübarizəyə görə bu oyun məni sevindirdi. Onlara döyüşçülər deyirəm. Bu gün də bunu hiss etdim. Avropanın ən güclü komandalarından birinə qarşı oynadıq. Bəli, 1 xal əldə etdik. İngiltərə komandalarına qarşı 8-ci oyunumuz idi, ilk xalımızı qazandıq. Bu inam bizi daha da böyüdür, futbolu ölkəmizdə sevdirir. “Napoli” və “Ayaks” ilə oyunlara hazır olmalıyıq.
- Kadinin sağ cinahda başlaması nəyə görə idi?
- Rəqibin oyun üslubuna görə idi.
- İki xal itirdik?
- Xalımızın üzərinə xal gəlibsə, bunu qazanc hesab edirəm.
- Kənarda necə bu qədər soyuqqanlı ola bilirsiz? 10 nəfərlə qol vura bildiz. “Napoli”yə məğlub olsaq da, “Ayaks” və "Aynratxt”dan üç xal almaq olar.
- Soyuqqanlı olmaq bəlkə xarakterimlə bağlıdı. Nə varsa, odu (gülür). Bəli, 10 nəfərlə olarkən qol vurduq. Ola bilər ki, o dəqiqələrdə rəqib diqqətsiz oldu. Rəqib 10 nəfər qalanda biz irəli getmədik. Belə hallar olur.Elə olur ki, 60-70 dəqiqə azlıqda qalıb qələbə qazanırsan. Futbol buna görə sevilir. 2017-ci ildən bəri “Qarabağ” daha çox təcrübə toplayıb. Düzünü desəm, narahatlıq var idi ki, böyük komandalara qarşı oyunda futbolçular oyununu itirsin. Şükür, mübariz komanda olduq. Futbolçularım ÇL-də oynamaq istəyirdi. Şansımız varsa, bundan maksimum istifadə etməyə çalışacağıq. Daha peşəkar olmalıyıq. Daha çox məşq edib, uğurun dalınca qaçmalıyıq. Rəqiblər qarşıdakı oyunda bizə daha ciddi yanaşacaqlar. Buna hazır olmalıyıq.
- 2017-ci ildən bəri cənab Qurbanov necə inkişaf edib? 3 xal üçün oynayırdız?
- Belə klubların gözəl Bakımıza gəlməsi, ulduzları canlı görmək bizim üçün uğurdu. Böyük məğlubiyyətlər də bizi böyüdüb. Böyük çətinliklərdən keçmək lazımdı. İşimizi məsuliyyətli və sağlam görəcəyik. 2017-də heyətimiz fərdi baxımdan daha güclü idi. Amma təcrübə məsələsi də var. İndi 2-ci dəfə bu turnirdə oynayırıq. Futbolçulara desəydim ki, ilk dəqiqələrdən müdafiəyə oturacağıq... Amma demədim ki, qorxaqlıq hissi olmasın. Usta komandadılar. 2-ci qolumuzda da topu rəqib tərəfdə ələ keçirdik. Hər şeyə real baxmaq lazımdı.
- Kadinin durumu nə yerdədi?
- Dəqiq bilmirəm. Bir az ciddiyə oxşayır. Deyəsən, sümüklərindən biri qırılıb.
- Mareska sanki sizə soyuq baxdı.
- İnanmıram. Oyundan əvvəlki açıqlamalarından pozitiv insan olduğu görünür. Dialoqumuz da oldu. Centlmen insandı.
- “Qarabağ”da qalıb Aleks Ferqyuson olmaq istəyirsiz, yoxsa gedib Qvardiola və ya Mourinyo olmaq?
- Anam dünyaya Qurban Qurbanov kimi gətirib (gülür). “Qalatasaray”ın oyunu var, gedək baxaq (gülür).
MÜZƏFFƏR QULUZADƏ

Seçilən
36
football-plus.az

1Mənbələr